18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
 Lavrov: "İdlibdəki terrorçularla danışıqlar qəbuledilməzdir"
Tarix: 25-02-2020 18:08 | Bölmə: Dünya
 Lavrov: "İdlibdəki terrorçularla danışıqlar qəbuledilməzdir"

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Suriyanın İdlib bölgəsində müxalifətlə mümkün sülh danışıqlarının aparılmasını kapitulyasiya adlandırıb.

RİA “Novosti” xəbər verir ki, müxalif qüvvələri "terrorçu" adlandıran Rusiya XİN başçısı onlarla danışıqları qəbuledilməz sayır:

“Beynəlxalq İctimaiyyət və İnsan Haqları Şurası ekstrimistlərin qarşısını kəsməlidir. Hələlik isə bizim həmkarların mövqeyi radikal və terrorçu qrupların fəaliyyətinə haqq qazandırır”, - S.Lavrov BMT-nin İnsan Haqları Şurasında çıxış edərkən söyləyib.

“Bu cür hərəkətlər terrorçular qarşısında kapitulyasiya, hətta onları hərəkətə təşviqləndirməkdir”, - XİN başçısı əlavə edib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər