16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Mayk Pompeo: "İran koronavirusla bağlı vacib informasiyaları gizlədir"
Tarix: 25-02-2020 21:52 | Bölmə: Dünya
Mayk Pompeo: "İran koronavirusla bağlı vacib informasiyaları gizlədir"

"ABŞ İranın koronavirusla bağlı olduqca vacib informasiyaları gizlətməsindən narahatdır”.

Bunu ABŞ dövlət katibi Mayk Pompeo keçirdiyi brifinqdə deyib.

O bildirib ki, yeni yayılan virus nəticəsində ölənlərin sayına görə, İran Çindən sonra ikinci yerdədir.

Qeyd edək ki, daha əvvəl İranın Səhiyyə Nazirliyinin nümayəndəsi Kianuş Cahanpur ölkədə koronavirusa yoluxanların sayının 95-ə çatdığını, onlardan 15-nin öldüyünü demişdi. Həftənin bazar ertəsinə olan məlumata görə isə xəstəliyə yoluxanların sayı 34 nəfər, ölənlərin sayı isə üç dəfə artıb. Bu isə fevralın 19-dan bəri koronavirusa yoluxan ölkələr arasında ən yüksək göstəricidir/APA.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}