18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Koronavirusun əlacı 2 həftəyə tapılacaq? - Yaponiyadan yeni qadağalar
Tarix: 26-02-2020 12:05 | Bölmə: Dünya
Koronavirusun əlacı 2 həftəyə tapılacaq? - Yaponiyadan yeni qadağalar

Yaponiyanın Baş Naziri Şinzo Abe yeni koronavirusun yayılması təhlükəsi ilə əlaqədar qarşıdan gələn iki həftə ərzində kütləvi idman, mədəniyyət və digər tədbirlərin təxirə salınması və ya azaldılması barədə göstəriş verib.

Reyting.az
Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Şinzo Abe fevralın 26-da operativ hökumət qrupunun Baş Nazirin qərargahında keçirilən iclasda açıqlama verib.

Baş Nazir qeyd edib ki, qarşıdakı iki həftə yeni virusun yayılmasının qarşısının tezliklə alına biləcəyi barədə yekun qərarın qəbulu üçün xüsusi əhəmiyyətə malikdir: "Ona görə, bu iki həftə ərzində bütün kütləvi tədbirlərin təxirə salınması vacibdir".

Baş nazir onu da Cənubi Koreyanın 3 şəhərindən olan insanların Yaponiyaya girişinə 14 günlük qadağa tətbiq edəcək.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər