"Lazım gələrsə, Gürcüstanla sərhədi bağlayarıq” - Ermənistan Təhlükəsizlik Şurasının katibi
Tarix: 28-02-2020 12:48 | Bölmə: Dünya
"Lazım gələrsə, Gürcüstanla sərhədi bağlayarıq” - Ermənistan Təhlükəsizlik Şurasının katibi

Ermənistan koronavirusun yayılmasının qarşısının alınması ilə bağlı tədbirlər çərçivəsində Gürcüstanla sərhədi bağlamağa hələ ehtiyac görmür.

Bu barədə ölkənin Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.

Onun sözlərinə görə, sərhədlərin bağlanmasına zərurət yaranan zaman bu məsələ müzakirə olunacaq: “Biz hələ bu vəziyyətə çatmamışıq. Təhlükəsizlik baxımından bu məsələni müzakirə edəcəyik və lazım gələrsə, sərhədi bağlayarıq”.

Qeyd edək ki, fevralın 26-da Gürcüstanda koronavirusa ilk yoluxma halı qeydə alınıb/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər