Putin əleyhdarlarını təriflədi: “Belə insanların olması çox yaxşıdır"
Tarix: 03-03-2020 12:04 | Bölmə: Dünya
Putin əleyhdarlarını təriflədi: “Belə insanların olması çox yaxşıdır"

Rusiya prezidenti Vladimir Putin sistemsiz müxalifətin ölkənin həyatına böyük müsbət töhfə verdiyini düşünür.

Reyting.az
“TASS”-a istinadla xəbər verir ki, Putin deyib:

“Onlar - sistemsiz müxalifətin nümayəndələri - çox vacibdir: həqiqətən müəyyən mənada həyata təsir edirlər, xüsusən bələdiyyələr, böyük şəhərlər və s. Tanrı sistemsiz müxalifətə can sağlamlığı bəxş etsin!”

Rusiya liderinin sözlərinə görə, hər hansı bir ölkədə cəmiyyətin mövcud hökumətlə razılaşmayan bir hissəsi həmişə olub, var və olacaq. "Və belə insanların olması çox yaxşıdır".

Bununla yanaşı, Putin qeyd edib ki, müəyyən bir ölkədə "inqilab" gətirənlər "bir qayda olaraq hakimiyyətdə çox qalmırlar": "Çox qısa zamanda sürətli, aktiv fəaliyyət nəticəsində yaranan iqtidar onları bezdirir".

Putin əlavə edib: "İstisna, ola bilsin ki, yalnız oktyabr çevrilişindən sonra hakimiyyətdə qalmış bolşeviklərdir, onlar ölkəni öz arxalarınca sürüdülər".

Bundan əvvəl Putin “TASS”-a verdiyi müsahibədə hakimiyyəti tənqid etməyin vacibliyini qeyd edib, lakin müxalifətə potensial seçicilərə müsbət proqram təqdim etmək və yalnız mövcud hökuməti təhqir etməmək tövsiyəsi verib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}