İranın zənginləşdirilmiş uran ehtiyatı artıb
Tarix: 03-03-2020 20:16 | Bölmə: Dünya
İranın zənginləşdirilmiş uran ehtiyatı artıb

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik İranın zənginləşdirilmiş uran ehtiyatının beş dəfə artdığını bildirib.

"France-Presse" agentliyinin verdiyi xəbərə görə, bu barədə AEBA yeni hesabatında bildirilib.

Hesabata görə, İranın hazırda malik olduğu zənginləşdirlimiş uran ehtiyatı Hərtərəfli Birgə Fəaliyyət Planında razılaşdırılan həddən beş dəfə artıqdır.

Hesabata görə, 2015-ci ildə İran və digər ölkələr arasında imzalanan razılaşmaya əsasən İranın qaz şəklində 300 kq urana sahib olmaq icazəsi olsa da, hazırda bu ölkənin ehtiyatı 1510 kq təşkil edir/APA.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}