II Elizabet koronavirusa görə mükafatları əlcəklə verib
Tarix: 04-03-2020 12:07 | Bölmə: Dünya
II Elizabet koronavirusa görə mükafatları əlcəklə verib

Böyük Britaniya Kraliçası II Elizabet ölkədə koronavirusa yoluxma sayının artması fonunda son onilliklər ərzində ilk dəfə ənənəvi mükafatları əlcəklə verib.

TASS xəbər verir, Bukingem Sarayında təşkil edilən mərasimin fotoları “Press Association” agentliyi tərəfindən paylaşılıb.

Fotolardan Kraliçanın uzun ağ əlcəklərdə aktrisa Uendi Kreyqin döşünə komandor xaçı "Britaniya İmperiyası" ordeni taxdığı görünür. Kraliçanın ofisindən bu qarderob predmetinin koronavirusa yoluxmama üçün ehtiyat tədbiri kimi istifadə edilib-edilmədiyi dəqiqləşdirilməyib.

Ancaq kral ailəsinin həyatından bəhs edən jurnalın baş redaktoru Co Litl bunu kraliçanın “ağıllı ehtiyat tədbiri” kimi qələmə verib.

“Onun 94 yaşına çatmasına altı həftə qalıb. Kraliça insanların bu cür viruslara yoluxduğu yaşdadır. Kraliça mərasimi təxirə də sala bilərdi, amma o, bunu etmədi”, - agentlik baş redaktordan sitat gətirib.

Qeyd edək ki, Böyük Britaniyada indiyə qədər 51 koronavirusa yoluxma halı qeydə alınıb. Onların əksəriyyəti İngiltərədədir. Eyni zamanda Şimali İrlandiya, Uels və Şotlandiyada da yoluxma halları qeydə alınıb/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}