Hindistan və Malayziyada koronavirusa yoluxanların sayı artıb
Tarix: 04-03-2020 14:18 | Bölmə: Dünya
Hindistan və Malayziyada koronavirusa yoluxanların sayı artıb

Hindistan və Malayziyada koronavirusa yoluxanların sayı artıb.

Məlumata görə, Hindistanda 16 İtaliya vətəndaşına koronavirus diaqnozu qoyulub. Malayziyada isə daha 14 nəfərdə koronavirus aşkarlanıb.

Beləliklə, indiyədək Hindistanda 28, Malayziyada isə 50 koronavirusa yoluxma faktı qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 81 ölkə və regionu əhatə edir.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 93 574-yə çatıb. Bunların 51 056 nəfəri sağalıb, 3 204 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}