İraqda koronavirusdan ölənlərin sayı artıb
Tarix: 05-03-2020 13:55 | Bölmə: Dünya
İraqda koronavirusdan ölənlərin sayı artıb

İraqda koronavirusdan ölənlərin sayı üç nəfərə çatıb.

Bunu İraqın Səhiyyə və Ətraf Mühit Nazirliyinin sözçüsü Seyf əl-Bədir bildirib.

O, yaydığı yazılı açıqlamada qeyd edib ki, Bağdadda COVID-19 virusuna yoluxan 65 yaşlı kişi ölüb.

Ümumiyyətlə, İraqda koronavirusdan ilk ölüm hadisəsi Süleymaniyyə şəhərində qeydə alınıb. Daha sonra Bağdadda virusa yoluxan bir qadın dünyasını dəyişib/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}