18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
NATO qüvvələri Rusiyanın kəşfiyyat təyyarələrinə hucum edib
Tarix: 08-03-2020 16:28 | Bölmə: Dünya
NATO qüvvələri Rusiyanın kəşfiyyat təyyarələrinə hucum edib

NATO-nun martın 9-da Atlantik bölgəsində başladacağı genişmiqyaslı təlimlər səbəbindən Rusiya Hərbi Hava Qüvvələrinə məxsus 2 ədəd “TU-142” kəşfiyyat təyyarəsi bölgədə müşahidə uçuşu həyata keçirməyə başlayıb.

Reyting.az
xarici mediaya istinadla xəbər verir ki, Rusiya tərəfi müşahidə uçuşları ilə bağlı informasiya verərək bildirib ki, bu uçuşlar 15 saat boyunca Barents dənizi, Norveç dənizi, Şimal dənizi və Atlantik okeanında həyata keçiriləcək.

Rusiya tərəfi bəyan edib ki, müşahidə uçuşları zamanı İngiltərə Krallığının Hərbi Hava Qüvvələrinə aid “Typhoons F7Y11” və “F7Y12” model hərbi qırıcıları martın 7-də Şərqi Atlantik üzərində uçan Rusiyanın “TU-142” kəşfiyyat təyyarəsini dayandırmaq məqsədilə havaya qalxıb.

NATO qüvvələri Rusiyanın kəşfiyyat təyyarələrinə hucum edib

Krallığın qırıcıları rus kəşfiyyat təyyarəsini yaxından izləyib və ona təzyiqlər göstərməyə başlayıb. Buna rəğmən rus kəşfiyyat təyyarələri uçuş xidmətlərini həyata keçirib və öncədən müəyyən olunan proqram çərçivəsində qalxdıqları hava limanına eniş ediblər.

Rusiya tərəfi havada baş verən gərginliyə aid fotoları rus mediası vasitəsilə paylaşıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər