13:04 / 16-09-2024
Sabah yağış yağacaq
İranda daha bir vəzifəli şəxs virusa yoluxub
Tarix: 09-03-2020 16:21 | Bölmə: Dünya
İranda daha bir vəzifəli şəxs virusa yoluxub

İranın fövqəladə hallar təşkilatının başçısı İsmayıl Nacar koronavirusa yoluxub.

Bu barədə təşkilatın sözçüsü Əli Bəxtiyari bildirib.

“Ötən həftə İsmayıl Nacar qrip simptomu ilə tibbi mərkəzə müraciət edib. O, 4 testdən keçib. Analiz nəticəsində onun COVİD-19 virusunun daşıyıcısı olduğu məlum olub”, - Ə.Bəxtiyari bildirib.

Xatırladaq ki, İranda koronavirusa 7 161 yoluxma hadisəsi qeydə alınıb. Onlardan 2 394 nəfər sağalıb, 237 nəfər isə ölüb/Report.




Bölməyə aid digər xəbərlər