13:04 / 16-09-2024
Sabah yağış yağacaq
Tramp koronavirus yoxlanışından keçməyib
Tarix: 10-03-2020 12:21 | Bölmə: Dünya
 Tramp koronavirus yoxlanışından keçməyib

ABŞ Prezidenti Donald Tramp koronavirus yoxlanışından keçməyib.

Bu barədə Ağ Ev məlumat yayıb.

"Prezident COVID-19 (koronavirus) testindən keçməyib. Çünki o, COVID-19 virusuna yoluxması təsdiqlənmiş şəxslərlə yaxın əlaqədə olmayıb və prezidentdə bu virusun simptomları yoxdur. Prezident Tramp sağlamdır və həkimin yaxından nəzarəti davam edəcək", - deyə Ağ Evin açıqlamasında bildirilib.

Qeyd edək ki, bu günlərdə D. Trampın görüşdüyü senatorlardan ikisi virusa yoluxma ehtimalı ilə əlaqədar karantinə alınıb. Həmin senatorlar COVID-19-a yoluxması təsdiqlənmiş şəxsin də qatıldığı görüşdə olublar/APA.




Bölməyə aid digər xəbərlər