13:04 / 16-09-2024
Sabah yağış yağacaq
Putin ömürlük prezident olacaq? - Rusiyada yeni müzakirə başlanıb
Tarix: 10-03-2020 16:47 | Bölmə: Dünya
Putin ömürlük prezident olacaq? - Rusiyada yeni müzakirə başlanıb

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin ölkə prezidenti Vladimir Putinlə prezidentlik müddətinin sıfırlandırılması ilə parlamentdə irəli sürülən təklifi müzakirə edib.

Bunu Duma sədrinin müşaviri Anastasiya Kaşevarova bildirib.

Onun sözlərinə görə, V.Putinlə təklifi müzakirə etdikdən sonra V.Volodin Dumadakı fraksiya liderləri ilə məsələyə dair müşavirə keçirəcək.

Qeyd edək ki, “Yedinaya Rossiya” fraksiyasından olan deputat Valentina Tereşkova Konstitusiyaya prezidentlik müddətinin sıfırlanması (müddət məhdudiyyətinin götürülməsi) ilə bağlı dəyişikliyi təklif edib.

Xatırladaq ki, V.Putinin Dövlət Dumasına gələcəyi gözlənilir/Report.




Bölməyə aid digər xəbərlər