13:04 / 16-09-2024
Sabah yağış yağacaq
İspaniya parlamenti fəaliyyətini dayandırıb
Tarix: 10-03-2020 19:53 | Bölmə: Dünya
İspaniya parlamenti fəaliyyətini dayandırıb

​​​​​​​İspaniya parlamentinin Aşağı palatası (Deputatlar Konqresi) ölkədə koronavirusun yayılması ilə bağlı fəaliyyətini azı bir həftə müddətinə dayandırır.

“Reuters” xəbər verir ki, belə bir addım Xavier Orteqa Smit adlı deputatın koronavirusa yoluxmasından sonra atılıb.

Qarşıdakı müddət ərzində deputatların evdən çalışacaqları bildirilir. Bununla yanaşı, ölkənin bəzi bölgələrində məktəblər də bağlanır/Report.




Bölməyə aid digər xəbərlər