17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Merkel: 50-60 milyon insan koronavirusa yoluxacaq
Tarix: 11-03-2020 10:26 | Bölmə: Dünya
Merkel: 50-60 milyon insan koronavirusa yoluxacaq

Almaniyada yaşayan insanların 60-70 faizi koronavirusa yoluxacaq.

Reyting.az
xəbər verir ki, belə qorxulu açıqlama ilə Almaniya Kansleri Angela Merkel çıxış edib.

Xanım Merkel koronavirus epidemiyasına qarşı alman xalqını xəbərdarlıq edib.

Ölkənin səhiyyə naziri Jens Spahn isə kanslerin bu fikirlərinə dəstək verib. Nazir əlavə edib ki, koronavirus epidemiyasına yoluxanların 80 faizi bunun öhdəsindən gələ biləcək: “Bu, 65 və daha çox yaşı olan insanlar üçün ciddi imtahan olacaq. Bunun üçün 28 min nəfərlik ehtiyat görülüb”.

Qeyd edək ki, Almaniyanın hazırda 82 milyon əhalisi var. Kansler Merkelin açıqlamasından çıxan nəticə budur ki, ölkə əhalisinin 50-60 milyonu bu virusa yoluxacaq.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}