18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
ABŞ generalından biabırçı etiraf: “Terror təşkilatına hərbi dəstək vermişik” - Foto
Tarix: 11-03-2020 11:43 | Bölmə: Dünya
ABŞ generalından biabırçı etiraf: “Terror təşkilatına hərbi dəstək vermişik”

ABŞ-ın Mərkəzi Qüvvələr Komandanı, general Kennerh Mckenzie, Afrika Qüvvələri (AFRİCOM) Komandanı, general Stepan Tovnsend, Müdafiə nazirinin müavini Kathryn Vheelbager ABŞ Konqresinin Silahlı Xidmətlər Komitəsinə Yaxın Şərq və Afrikadakı əməliyyatlarla bağlı məlumat veriblər.

Reyting.az
xəbər verir ki, generallar Konqresdə çıxışları zamanı biabırçı faktı etiraf ediblər. Məlum olub ki, ABŞ bir terror təşkilatının digər terror təşkilatı ilə vuruşmasına hərbi dəstək verib.

General Mckenzie ABŞ ilə “Taliban” arasında fevralın 29-da Qətərdə imzalanan anlaşmadan sonra “Taliban”ın ABŞ və koalisiya qüvvələrinə qarşı hücumlar təşkil etmədiyini, ancaq Əfqanıstanın legitim qüvvələrinə qarşı hücumları dayandırmaqla bağlı vədini yerinə yetirmədiyini bildirib.

ABŞ generalından biabırçı etiraf: “Terror təşkilatına hərbi dəstək vermişik”

“Taliban”ın Əfqanıstanın şərqindəki Nanqahar vilayətində İŞİD-lə qanlı müharibəyə girdiyini bildirən general əlavə edib ki, bu müharibədə “Taliban”a hərbi dəstək veriblər: “Bu vilayətdə “Taliban” qüvvələri İŞİD-i sıxışdıraraq yox edib. Bu işdə “Taliban” bizdən müəyyən sərhədlər çərçivəsində dəstək alıb. Bu, olduqca qanlı qarşıdurma idi. Hazırda İŞİD Nanqahar vilayətində hər hansı bir sahəyə nəzarət etmir”.

General qeyd edib ki, “Taliban” İŞİD-lə silahlı mübarizə aparmaq istədiyi qədər “Əl-Qaida” terror təşkilatı ilə mübarizə aparmağa maraqlı deyil: “Bu məsələdə optimist deyiləm. “Taliban” qüvvələri “Əl-Qaida”ya qarşı mübarizə apardığını göstərmədi. Bunu indiyə qədər göstərməyiblər”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər