İspaniya İtaliyadan "Roma"lı futbolçuları gətirən təyyarəyə eniş icazəsi verməyib
Tarix: 11-03-2020 17:20 | Bölmə: Dünya
 İspaniya İtaliyadan "Roma"lı futbolçuları gətirən təyyarəyə eniş icazəsi verməyib

Martın 12-də Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununda səfərdə "Sevilya" ilə qarşılaşmalı olan İtaliyanın "Roma" klubu İspaniyaya yollana bilməyib.

Bu barədə paytaxt təmsilçisinin rəsmi "Twitter" səhifəsi məlumat yayıb.

Bildirilib ki, buna İspaniya hökumətinin koronavirusa görə İtaliyadan gələn təyyarələrə eniş icazəsi verməyəcəyini açıqlaması səbəb olub.

Qeyd edək ki, "Sevilya" - "Roma" oyunu Bakı vaxtı ilə 21:55-də start götürməlidir.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}