18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Merkel: "Sərhədlərin bağlanması koronavirusla bağlı çağırışlara adekvat cavab deyil"
Tarix: 11-03-2020 17:34 | Bölmə: Dünya
Merkel: "Sərhədlərin bağlanması koronavirusla bağlı çağırışlara adekvat cavab deyil"

"Sərhədlərin bağlanması koronavirusla bağlı çağırışlara adekvat cavab deyil".

Bunu Almaniyanın kansleri Angela Merkel martın 11-də Berlində keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, virusa yoluxanların evdə karantində qalması infeksiyanın yayılmasını məhdudlaşdırmaq üçün daha məqbul tədbirdir.

Qeyd edək ki, martın 11-də Almaniyada üç nəfərin koronavirusdan öldüyü məlum olub. Hər üç hadisə Almaniyanın Şimali Reyn-Vestfaliya bölgəsində qeydə alınıb. Bölgənin Essen şəhərində 89 yaşlı qadın, Haynsberq dairəsində isə daha iki nəfər ölüb.

Xatırladaq ki, Avstriyanın kansleri Sebastian Kurts Avropa İttifaqının sərhədlərini bağlamağı təklif etmişdi/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər