07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Koronavirus Kanadanın birinci xanımını da haqlayıb
Tarix: 13-03-2020 11:02 | Bölmə: Dünya
Koronavirus Kanadanın birinci xanımını da haqlayıb

Kanadanın Baş naziri Castin Tryüdonun xanımı Sofi koronavirusa yoluxub.

Virtualaz.org xəbər verir ki, Kanadanın birinci xanımı əri ilə birlikdə Böyük Britaniyadan səfərdən dönəndən sonra özündə virusa yoluxma əlamətləri aşkar edib. Aparılan analizlər onda Covid-19 virusunun olduğunu təsdiqləyib.

Bildirilir ki, Baş nazir Londondan qayıdandan sonra özünü təcrid rejiminə keçmişdi və evdən işləyirdi.

Birinci xanımın müalicəsi və səhhətinin necə olduğu barədə məlumat verilmir. Virus bundan əvvəl də dünyanın bir sıra ölkələrində siyasi elitaların yüksək rütbəli üzvlərində aşkarlanmışdı.

Reyting.az




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}