Türkiyə parlamenti ziyarətçi qəbulunu dayandırıb
Tarix: 13-03-2020 13:01 | Bölmə: Dünya
Türkiyə parlamenti ziyarətçi qəbulunu dayandırıb

Türkiyə Böyük Millət Məclisi (TBMM) martın 13-dən 31-dək ziyarətçi qəbul olunmaması barədə qərar qəbul edib.

Reyting.az
xəbər verir ki, məlumatı “Anadolu” agentliyi yayıb.

Qeyd edək ki, martın 12-də Türkiyədə prezidentin sədrliyi ilə koronavirusla bağlı müşavirə keçirilib. Müşavirədə R. T. Ərdoğanın səfərlərinin təxirə salınması, bütün təhsil müəssisələrinin bağlanması, bütün kütləvi tədbirlərin keçirilməsinin təxirə salınması haqqında qərar qəbul edilib.

Eyni zamanda dövlət məmurlarının xarici ölkəyə istənilən səfəri rəsmi olaraq dayandırılıb.

Bu gündədək Türkiyədə 2 nəfərin koronavirusa yoluxması faktı qeydə alınıb.(Report)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}