18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Gürcüstanda beynəlxalq idman yarışları təxirə salınıb
Tarix: 13-03-2020 18:10 | Bölmə: Dünya
Gürcüstanda beynəlxalq idman yarışları təxirə salınıb

Gürcüstanda Olimpiya oyunlarına seçmə xarakteri daşıyan bir sıra yarışlar təxirə salınıb.

Bu barədə Gürcüstanın Milli Olimpiya Komitəsindən (MOK) bildirilib.

Qeyd olunub ki, mart ayında keçirilməsi planlaşdırılan güləş, ağır atletika, cüdo və su polosu üzrə beynəlxalq yarışlar ləğv edilib.

Komitə müvafiq beynəlxalq idman federasiyaları ilə birgə yarışların yeni cədvəlini müəyyən edəcək.

MOK Gürcüstan idmançılarına müraciət edərək onları Tokio Olimpiya Oyunlarına hazırlaşmağa çağırıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər