Tramp ABŞ-da fövqəladə vəziyyət tətbiq edib
Tarix: 14-03-2020 08:49 | Bölmə: Dünya
Tramp ABŞ-da fövqəladə vəziyyət tətbiq edib

ABŞ-da ümummilli fövqəladə vəziyyət rejimi tətbiq edilib. Prezident Donald Trampın belə bir rejimi tətbiq etməkdə məqsədi koronavirus infeksiyasının yayılmasına qarşı mübarizədir.

Reyting.az
xarici KİV-lərə istinadla xəbər verir ki, D. Tramp müvafiq açıqlamanı Ağ Evdə xüsusi çağırılmış mətbuat konfransında səsləndirib.

Fövqəladə vəziyyət rejimi federal büdcədən ştatların yerli idarəetmə orqanlarına və administrasiyalarına vəsaitin ayırılmasında bürokratik əngəlləri aradan qaldıracaq. Bundan əvvəl ABŞ rəhbərliyi Konqresdən virusun miqyasının qarşısının alınması üçün 8,3 milyard dollar alıb.

ABŞ-da fövqəladə vəziyyət rejimi tətbiq etmək hüququ prezidentə məxsusdur. Bu günədək ABŞ-da 50 dəfədən çox fövqəladə vəziyyət rejimi tətbiq edilib.




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir

{sape_links}{sape_article}