İtaliyada koronavirusdan 1266 nəfər ölüb
Tarix: 14-03-2020 09:09 | Bölmə: Dünya
İtaliyada koronavirusdan 1266 nəfər ölüb

İtaliyada martın 13-də sutka ərzində 250 nəfər yeni tipli koronavirus xəstəliyindən dünyasını dəyişib.

Mülki Müdafiə Departamentinin rəhbəri Ancelo Borrellinin sözlərinə əsasən, xəstəlik baş qaldırandan bəri ümumilikdə 1266 nəfər dünyasını dəyişib.

“İtaliya COVID-19-a yoluxmuş şəxslərin ümumi sayı 17660 nəfərə çatıb, hal-hazırda onlardan 1439 nəfəri sağalaraq evlərinə buraxılıb”, - deyə Borrelli bildirib.

O qeyd edib ki, ölənlərin orta yaşı 80-dən çoxdur.




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}