Gürcüstanla Rusiya arasında gediş-gəliş məhdudlaşdırılıb
Tarix: 15-03-2020 18:03 | Bölmə: Dünya
Gürcüstanla Rusiya arasında gediş-gəliş məhdudlaşdırılıb

Koronavirusun yayılmasının qarşısının alınması məqsədilə martın 16-dan etibarən Gürcüstan və Rusiya arasında vətəndaşların gediş-gəlişi müvəqqəti məhdudlaşdırılıb.

Bu barədə razılıq Gürcüstan baş nazirinin Rusiya ilə münasibətlər üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze və Rusiya Federal Məclisinin Federasiya Şurasının üzvü, senator Qriqori Karasin arasında aparılan telefon danışığı zamanı əldə olunub.

Məhdudiyyətlər yük daşımalarına şamil olunmayacaq. Tərəflər vətənə qayıtmaq istəyən vətəndaşlara şərait yaradacaqlar/Report.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}