Qazaxıstanda məsciddə namaz qılınması qadağan olunub
Tarix: 17-03-2020 10:43 | Bölmə: Dünya
Qazaxıstanda məsciddə namaz qılınması qadağan olunub

Qazaxıstanda məscidlərdə cümə namazının qılınması müvəqqəti olaraq dayandırılıb.

“RİA Novosti” xəbər verir ki, bu barədə Qazaxıstan Müsəlmanlarının Ruhani İdarəsi məlumat yayıb.

Buna səbəb olaraq ölkədə koronavirusla bağlı tətbiq edilən fövqəladə vəziyyət rejimi göstərilib. İdarənin açıqlamasına əsasən, müsəlmanlar günorta və cümə namazını evdə qılacaqlar.

Məlumata görə, ölkədə məscidlər bağlanmayacaq, azan veriləcək, ancaq insanların müvəqqəti olaraq ora getməsi dayandırılıb.

Qeyd edək ki, martın 16-dan etibarən Qazaxıstanda fövqəladə vəziyyət rejimi tətbiq edilib.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}