17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Qazaxıstanın iki əsas şəhəri karantinə bağlanır - Virusa görə
Tarix: 17-03-2020 15:49 | Bölmə: Dünya
Qazaxıstanın iki əsas şəhəri karantinə bağlanır - Virusa görə

Qazaxıstanın paytaxtı Nur-Sultan və ən iri şəhəri olan Almatıda COVİD-19 virusunun yayılması ilə bağlı və virusun başqa şəhərlərə də yayılmasının qarşısını almaq məqsədilə martın 19-dan etibarən karantin çərçivəsində əlavə məhdudiyyətlər tətbiq olunacaq.

“Sputnik Qazaxstan” xəbər verir ki, bu barədə ölkə Prezidenti yanında Fövqəladə vəziyyətin tətbiqi komissiyası qərar verib.

Karantin çərçivəsində tətbiq olunacaq məhdudiyyətlər sırasında ictimai nəqliyyatın gecə vaxtı fəaliyyətinin dayandırılması, ərzaq və dərman satışından başqa, bütün ticarət müəssisələrinin bağlanması da var.

Qeyd edək ki, Qazaxıstanda bütövlükdə 32 nəfər yeni koronavirusa yoluxub/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}