16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Berluskoni koronavirusla mübarizəyə 10 milyon avro bağışlayıb
Tarix: 17-03-2020 15:57 | Bölmə: Dünya
Berluskoni koronavirusla mübarizəyə 10 milyon avro bağışlayıb

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni yeni növ koronavirusun Apennin yarımadasında yayılma ocağı olan Lombardiya vilayətindəki tibb müəssisələrinin fəaliyyətini dəstəkləmək üçün 10 milyon avro bağışlayıb.

Bu barədə “Sky TG24” telekanalı S.Berluskoninin şəksiz lideri olduğu "İrəli, İtaliya" partiyasının bəyanatına istinadən məlumat yayıb.

Qeyd olunub ki, vəsait reanimasiya və intensiv terapiya şöbələrinin fəaliyyətinə dəstək üçün xərclənəcək.

Bundan əvvəl “Armani”, “Bulgari”, “Dolce & Gabbana” kimi şirkətlər, o cümlədən İtaliyanın bir sıra bankları tibb müəssisələrinə ianələr ayırdıqlarını elan edib. Həmçinin internetdə də vəsait toplanması üzrə kampaniya təşkil olunub.

Xatırladaq ki, daha əvvəl KİV 83 yaşlı siyasətçinin Lombardiyadan Fransanın cənubuna köçdüyünü yazmışdı.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}