07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
İranlı ruhani Roma Papasından kömək istədi
Tarix: 17-03-2020 16:31 | Bölmə: Dünya
İranlı ruhani Roma Papasından kömək istədi

Ayətullah Mustafa Mühəqqəq Damad Roma Paspasından kömək istəyib.

Reyting.az
“IRNA”-ya istinadla xəbər verir ki, Xarici İşlər Nazirliyi və İranın Vatikandakı səfiri vasitəsi ilə Papaya göndərilən namədə iranlı ruhani ölkəsinin koronavirusla bağlı üzləşdiyi durumu Fransisin diqqətinə çatdırıb.

“Bu günlərdə ağrılı fəlakətdə olan İran xalqı, şəhərlər və kəndlərdəki uşaqlar, yaşlılar, qadınlar və kişilər bir tərəfdən xəstəlik, digər tərəfdən də ABŞ hökumətinin sanksiyaları şəraitində yaşayır. Dərdlərini daha da artıran Birləşmiş Ştatlar və İran xalqının rahatlığına və həyatına birbaşa təsir edən və onları təbii hüquqlarından məhrum edən sanksiyalardır.

ABŞ hökuməti tərəfindən edilən bu qeyri-insani hərəkətin səbəblərindən asılı olmayaraq, mən İran ruhanilərindən biri olaraq siz, müqəddəs ata, hörmətli katolik liderini bu sanksiyaların qaldırılması üçün hərəkət etməyə çağırıram. Şübhəsiz ki, bu humanitar hərəkət sülh və müjdəçiliyin hökmdarı olan Hz. İsa (ə.s) -ı sevindirəcək və Uca Tanrını məmnun edəcək”.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}