İspaniyada gün ərzində 2,5 min insan koronavirusa yoluxub​​​​​​​
Tarix: 18-03-2020 18:05 | Bölmə: Dünya
İspaniyada gün ərzində 2,5 min insan koronavirusa yoluxub​​​​​​​

İspaniyada yeni növ koronavirusa yoluxanların sayı son sutka ərzində 2 538 nəfər artıb.

“RİA Novosti” xəbər verir ki, bu barədə İspaniya Səhiyyə Nazirliyinin Xəbərdarlıq və Fövqəladə Hallar üzrə Koordinasiya Mərkəzinin direktoru Fernando Simon məlumat verib.

Onun sözlərinə görə, ölkədə ümumilikdə 13 716 virusa yoluxma halı qeydə alınıb.

“558 nəfər ölüb, 774 nəfərin vəziyyəti ağırdır”, - mərkəz direktoru söyləyib.

İspaniya hazırda yoluxanların sayına görə Avropada ikinci, dünyada dördüncü yerdədir. Beş mindən çox xəstə, ümumi sayın 42%-i xəstəxanalardadır, 8% yoluxmuş şəxs isə sağalıb. Martın 14-dən etibarən İspaniyada yüksək hazırlıq rejimi tətbiq olunub, insanların hərəkəti 15 günlüyə məhdudlaşdırılıb, şirkətlər işçilərini məsafədən iş rejiminə keçirib/Report.скачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}