17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Karantin şərtlərinə tabe olmayanlara atəş açıldı, saxlanılanlar var - Video
Tarix: 22-03-2020 09:43 | Bölmə: Dünya
Karantin şərtlərinə tabe olmayanlara atəş açıldı, saxlanılanlar var

Koronavirusla bağlı karantin elan edilən Argentinada epidemiyaya qarşı xüsusi uniforma geyinən hüquq-mühafizə orqanı əməkdaşları karantinin şərtlərinə tabe olmayıb küçələrə çıxan insanları qovub.

Reyting.az
xəbər verir ki, hadisə Jujuy şəhərinin San Martin parkında qeydə alınıb.

Polis, parkda əylənmək istəyən şəxsləri ərazidən uzaqlaşmağa, virusla bağlı protokola tabe olmağa və xüsusi ehtiyac olmadığı təqdirdə evdən bayıra çıxmamağa səsləyib. İnsanlar isə polisin əmrinə tabe olmayıb. Nəticədə polis xəbərdarlıq atəşi açıb və insanları parkdan qovmağa başlayıb. Hadisə zamanı 8 nəfər saxlanılıb.

Qeyd edək ki, Argentina prezidenti Alberto Fernandez Covid-19 epidemiyasının qarşısını almaq məqsədilə martın 20-dən 31-nə qədər karantin elan edib. Vətəndaşlara yalnız təməl ehtiyacları halında evdən bayıra çıxmaları çağırışı edilib.

44 milyon əhalisi olan Argentinada 4 nəfərin ölümünə səbəb olan koronavirus epidemiyası hazırda 158 nəfərdə rast gəlinir.



Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}