İtaliyada koronavirusdan ölənlərin cəsədlərini yandırırlar
Tarix: 23-03-2020 23:40 | Bölmə: Dünya
İtaliyada koronavirusdan ölənlərin cəsədlərini yandırırlar

İtaliyada koronavirus epidemiyası səbəbindən son 24 saat ərzində 651 nəfər vəfat edib. Ölkədə epidemiya səbəbindən vəfat edənlərin ümumi sayı 5476 nəfərə çatıb.

Reyting.az
xəbər verir ki, vəfat edən bəzi koronavirus xəstələrinin cəsədlərini xristian olmalarına rəğmən yandırmağa başlayıblar.

Xatırladaq ki, Çin epidemiyanın episentri olduğu dövrdə bu ölkədə də cəsədlərin yandırılması haqda xəbərlər yayılmışdı.

Hazırda İngiltərədə yaşayan müsəlman və yəhudilər hökumətin epidemiya qurbanlarının cəsədlərini yandırmaq planından narahat olduqlarını bəyan edirlər. Qeyd olunur ki, koronavirusla mübarizə çərçivəsində parlamentə təqdim edilən qanun layihəsində hökumətə cəsədləri yandırmaq səlahiyyəti verilən maddə də yer alıb.




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}