Gürcüstan ərazisində karantin elan olunub
Tarix: 30-03-2020 18:01 | Bölmə: Dünya
Gürcüstan ərazisində karantin elan olunub

Gürcüstan hökuməti ölkənin bütün ərazisində karantin elan olunması barədə qərar qəbul edib.

Bunu baş nazir Giorgi Qaxaria brifinqdə bildirib.

Onun sözlərinə görə, hökumət fövqəladə vəziyyətlə bağlı tədbirləri daha da gücləndirməyə qərar verib: “Sabah saat 08:00-dan etibarən bütün ölkə ərazisində karantin elan olunur”.

Qeyd edək ki, bu günə qədər yalnız Marneuli və Bolnisidə ciddi karantin rejimi tətbiq olunub. İki rayonda xüsusi rejim martın 23-dən qüvvədədir/Report. 




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}