16:23 / 16-04-2024
"Tiktoker Semka" həbs olunub
Avropanın üç ölkəsi İrana tibbi ləvazimat göndərib
Tarix: 01-04-2020 15:38 | Bölmə: Dünya
Avropanın üç ölkəsi İrana tibbi ləvazimat göndərib

Almaniya, Böyük Britaniya və Fransa koronavirusa qarşı mübarizə aparaq məqsədi ilə İrana tibbi ləvazimat göndərib.

Məlumatı İsrail KİV-i yayıb.

Bildirilib ki, bu, ticarət mübadiləsinə dəstək mexanizmi (INSTEX) yarandıqdan sonra ilk hadisədir.

INSTEX Avropa İttifaqına üzv dövlətlər tərəfindən 2019-cu ildə ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalardan yan ötmək və 2015-ci ildə İranla “altılıq” arasında əldə edilən Əhatəli Razılaşama Müqaviləsini xilas etmək məqsədilə yaradılıb.

Almaniyanın Xarici İşlər Nazirliyi məsələ ilə bağlı bildirib: “Avadanlıq artıq İrandadır. Biz yeni tədarüklər hazırlayır, dəstək mexanizminin genişləndirilməsi istiqamətində işləyirik”.

Qeyd edək ki, tibbi ləvazimatların tədarükü ABŞ Prezidenti Donald Tramp Administrasiyasının İrana qarşı tətbiq etdiyi məhdudlaşdırıcı tədbirlərə qarşı olmasa da, İslam Respublikası ilə əməkdaşlıq edən qərb şirkətlərinə qarşı sankSiya təhlükəsi qalır. Koronavirus pandemyasınadək qərb dövlətləri ABŞ-la münasibətləri korlamamaq üçün bəhs etdiyimiz dəstək mexanizmindən yararlanmamışdı.

Xatırladaq ki, ABŞ İrana qarşı sanksiyaların müddətinin uzadılmasını üç aylığına təxirə salıb/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}