Putinlə Ərdoğan koronavirusla bağlı vəziyyəti müzakirə ediblər
Tarix: 01-04-2020 20:58 | Bölmə: Dünya
Putinlə Ərdoğan koronavirusla bağlı vəziyyəti müzakirə ediblər

Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Reyting.az
Türkiyə mətbuatına istinadla xəbər verir ki, Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı liderlər koronavirus pandemiyasının yayılması ilə bağlı mövcud vəziyyəti müzakirə ediblər.

Dövlət başçıları bir-birilərini bu infeksiyaya qarşı mübarizə tədbirləri ilə bağlı məlumatlandırıblar. Türkiyədə olan Rusiya vətəndaşlarının vətənə qayıtması məsələsində əməkdaşlığa xüsusi diqqət ayrılıb.

Bundan başqa, Putin və Ərdoğan Suriya münaqişəsinin nizamlanması məsələsi, İdlib əyalətindəki vəziyyət, o cümlədən Liviya problemi barədə fikir mübadiləsi aparıblar.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}