18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Türkiyədə yüzlərlə həkim koronavirusa yoluxdu
Tarix: 01-04-2020 21:40 | Bölmə: Dünya
Türkiyədə yüzlərlə həkim koronavirusa yoluxdu

Türkiyədə 601 səhiyyə işçisində COVID-19 aşkarlanıb.

Bunu ölkənin səhiyyə naziri Fahrettin Koca deyib.

“Ümumdünya Səhiyyə Təşkilatı aşkarlanan halların 10%-nin səhiyyə işçilərində qeydə alındığını açıqlayıb. Bizdə belə faiz yoxdur. Ölkəmizdəki sayı demək heç ürəyimcə olmasa da, bildirməliyəm ki, 601 tibb işçisi koronavirusa yoluxub. Səhiyyə işçilərimizi qorumaq üçün əlimizdən gələni edirik”,- nazir bildirib/Report.

Qeyd edək ki, Türkiyədə koronavirus qurbanlarının sayı 277 nəfərə çatıb. Ölkədə virusun qeydə alındığı insanların sayı isə 15,6 mini ötüb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər