Koronavirusun ilk daşıyıcısı olan qadını öldürmək istəyirlər - Video
Tarix: 02-04-2020 10:34 | Bölmə: Dünya
Koronavirusun ilk daşıyıcısı olan qadını öldürmək istəyirlər

Ukraynada ilk dəfə koronavirus aşkarlanan qadın Yelizaveta adlı xanım olub. O, ölkənin Moldova və Rumıniya sərhədlərindəki Çernotvitsi qəsəbəsinin Kolenkovtsi kəndində yaşayır.

Reyting.az
xəbər verir ki, qadın işləmək üçün getdiyi İtaliyadan kəndində qayıdarkən özünü karantinə almayıb və xəstəliyi yayıb.

Hazırda həmin kənddə onlarla virus daşıyıcısının olduğu bildirilir.

Yelizaveta kəndlilərinin ona təzyiq etməsi və evinin yandırılacağı təhdidindən sonra bütün kənd sakinlərindən üzr istəyib.

Koronavirus xəstəliyini artıq geridə qoyduğu və bir daha İtaliyaya getməyəcəyini deyən Yelizaveta diz çökərək əfv diləyib:

“Həyatımda uşaqlarım və nəvələrimdən dəyərli heç nə yoxdur. Məni öldürün, amma yalvarıram, uşaqlarıma və nəvələrimə toxunmayın”.

Yelizaveta bildirib ki, səhhəti normallaşdıqdan sonra karantindən buraxılıb, kəndinə qayıdıb: “Amma kənd sakinlərinin təhdid və təzyiqi ucbatından çıxıb çörək ala bilmirəm. Qapının ağzına çıxmaqdan belə qorxuram”.

Xatırladaq ki, hazırda Ukraynada 669 nəfərdə koronavirus aşkarlanıb. 17 nəfər isə bu xəstəlikdən vəfat edib.





Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}