18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Filippində pandemiya zamanı etiraz edənlər güllələnəcək
Tarix: 02-04-2020 15:07 | Bölmə: Dünya
Filippində pandemiya zamanı etiraz edənlər güllələnəcək

Filippin prezidenti Rodriqo Duterte koronavirus pandemiyası səbəbi ilə hökumət tərəfindən tətbiq edilən karantin zamanı etiraz edənlərə hərbi silahlardan atəş açılmasına göstəriş verib.

Bu barədə “Philippine Star” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, prezident Keson Siti şəhərində bir neçə yoxsul vətəndaşın hakimiyyətdən əhaliyə koronavirusa qarşı lazımi ərzaq, dərman və fərdi qoruyucu vasitələrin paylanmasını tələb edərək etiraz aksiyası keçirməsindən sonra belə sərəncam verib.

“Polisə və orduya əmr edirəm. Həyatınıza təhlükə yaradan münaqişə və ya dava-dalaş varsa, onları törədənlərə atəş açın”, - prezident bildirib.

Öz növbəsində, Filippin polisinin rəhbəri Arçi Qamboa prezidentin fikrini mübaliğəli şəkildə bildirdiyini və hüquq-mühafizə orqanlarının mülki şəxsləri öldürmək niyyətində olmadığını söyləyib/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər