Türkiyədə son bir gündə daha 69 nəfər koronavirusdan ölüb
Tarix: 03-04-2020 21:15 | Bölmə: Dünya
Türkiyədə son bir gündə daha 69 nəfər koronavirusdan ölüb

Türkiyədə son bir gündə daha 69 nəfər koronavirusdan ölüb.

Reyting.az
xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Fəxrəddin Koca bildirib.

Onun sözlərinə görə, bununla da ölkədə koronavirusdan ölənlərin sayı 425 nəfərə yüksəlib.

Nazir deyib ki, daha 2 786 koronavirusa yoluxma faktı qeydə alınıb. Bununla da Türkiyədə koronavirusa yoluxanların sayı 20 921 nəfərə çatıb,

F.Koca vurğulayıb ki, hazırda 1 251 pasiyentin vəziyyəti ağır olaraq qiymətləndirilir, indiyədək 484 xəstə isə sağalaraq evə buraxılıb.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}