18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Lukaşenko hökuməti istefa ilə hədələdi
Tarix: 07-04-2020 16:31 | Bölmə: Dünya
Lukaşenko hökuməti istefa ilə hədələdi

Belarus prezidenti Aleksandr Lukaşenko koronavirusun yayılması şəraitində tibb işçiləri üçün fərdi qoruyucu vasitələrin çatışmazlığı halında hökuməti istefa ilə təhdid edib.

“BelTA” xəbər verir ki, o, Baş nazir və hökumətə xəbərdarlıq ediyini bildirib.

"Həftənin sonuna qədər cavabdeh insanlar mənə apteklərdə, dükanlarda və ya xəstəxanalarda nəyinsə, xüsusən tibb işçiləri üçün qoruyucu vasitələrin çatışmadığını bildirsələr, heç bir hökumət olmayacaq. Başqaları işləyəcək”, - A.Lukaşenko deyib.

O, hökumətə gələn bazar ertəsinə qədər qoruyucu vasitələrin olması ilə bağlı problemləri həll etməyi tapşırıb. “Nəsə edə bilməməyimiz, əhali üçün maskalar tikə bilməməyimiz rüsvayçılıqdır”, - Belarus prezidenti bildirib/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər