16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Niderlandda son bir gündə 1 213 koronavirusa yoluxma faktı qeydə alınıb
Tarix: 09-04-2020 17:40 | Bölmə: Dünya
Niderlandda son bir gündə 1 213 koronavirusa yoluxma faktı qeydə alınıb

Niderlandda son bir gündə 1 213 koronavirusa yoluxma faktı qeydə alınıb.

Bunu ölkənin Milli Səhiyyə Qurumu (RIVM) açıqlayıb.

Məlumata görə, ölkədə qeydə alınmış virus hallarının sayı 21 762-yə çatıb.

Bildirilir ki, krallıqda ötən sutkada daha 148 nəfər koronavirusdan ölüb. Beləliklə, Qərbi Avropa ölkəsində pandemiya qurbanlarının sayı 2 396 nəfərə çatıb.

Qurum açıqlamasında ölkə xəstəxanalarında 7 972 nəfərin müalicə aldığını vurğulayıb.

Qeyd edək ki, Niderlandda koronavirusa ilk yoluxma faktı fevralın 27-də qeydə alınıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}