İsveçrədə koronavirusa yoluxanların sayı 24,3 mini ötüb
Tarix: 10-04-2020 16:08 | Bölmə: Dünya
İsveçrədə koronavirusa yoluxanların sayı 24,3 mini ötüb

İsveçrə Federal İctimai Səhiyyə Administrasiyası ölkədə son sutkada 734 nəfərdə koronavirus aşkarlandığını açıqlayıb.

Beləliklə, İsveçrədə qeydə alınmış koronavirus hallarının sayı 24 308-ə çatıb.

Bundan başqa, son bir gündə ölənlərin sayında da artım müşahidə edilib. Belə ki, İsveçrədə koronavirusdan ölənlərin sayı daha 49 nəfər artaraq 805-ə yüksəlib.

Ölkə rəhbərliyi məhdudiyyət tədbirlərini aprelin 26-dək uzatmağı qərar verib. Qadağaların ləğv edilməsi ayın sonundan başlayaraq tədricən baş verəcək. Bu, iki həftəyədək çəkə bilər.

Qeyd edək ki, İsveçrədə koronavirusa ilk yoluxma faktı fevralın 25-də qeydə alınıb/Report.




Bölməyə aid digər xəbərlər