Niderlandda son 1 gündə 1335 nəfərdə koronavirus aşkarlanıb
Tarix: 10-04-2020 17:55 | Bölmə: Dünya
Niderlandda son 1 gündə 1335 nəfərdə koronavirus aşkarlanıb

Niderlandda son 1 gündə 1335 nəfərdə koronavirus aşkarlanıb.

Bunu ölkənin Milli Səhiyyə Qurumu (RIVM) açıqlayıb.

Məlumata görə, ölkədə qeydə alınmış virus hallarının sayı 23 097-yə çatıb.

Bildirilir ki, krallıqda eyni dövr ərzində daha115 nəfər koronavirusdan ölüb. Beləliklə, Qərbi Avropa ölkəsində pandemiya qurbanlarının sayı 2 511 nəfərə çatıb.

Qurum açıqlamasında ölkə xəstəxanalarında 8 197 nəfərin müalicə aldığını vurğulayıb.

Qeyd edək ki, Niderlandda koronavirusa ilk yoluxma faktı fevralın 27-də qeydə alınıb.




Bölməyə aid digər xəbərlər