İngiltərədə 1 gündə 866 nəfər koronavirusdan vəfat edib
Tarix: 10-04-2020 18:21 | Bölmə: Dünya
İngiltərədə 1 gündə 866 nəfər koronavirusdan vəfat edib

Böyük Britaniyada koronavirusdan ölənlərin sayı 8114 nəfərə çatıb.

Reyting.az
xəbər verir ki, bu barədə ölkənin Milli Səhiyyə Xidməti məlumat yayıb.

Son sutka ərzində İngiltərədə 866 nəfər koronavirusdan vəfat edib. Ölənlər 27-100 yaş aralığında olan şəxslərdir.

Şotlandiyanın Baş Naziri son sutka ərzində ölkəsində 48 nəfərin vəfat etdiyi açıqlayıb. Bununla da Şotlandiyada COVID-19 virusundan ölənlərin sayı 495-ə yüksəlib.

Uelsdə son 24 saat ərzində 29 nəfər ölüb ki, bununla da indiyədək koronavirusdan ölənlərin sayı 315-ə çatıb.

Şimali İrlandiyada isə son sutka ərzində 10 ölüm halı qeydə alınıb və bu günədək ölənlərin sayı 92-yə çatıb.




Bölməyə aid digər xəbərlər