İranda koronavirusdan sağalanların sayı açıqlandı
Tarix: 11-04-2020 14:42 | Bölmə: Dünya
İranda koronavirusdan sağalanların sayı açıqlandı

İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Kianuş Cahanpur koronavirusa yoluxan 42 minə yaxın insanın tamamilə sağaldığını açıqlayıb.

Reyting.az
xarici KİV-ə istinadla bildirir ki, Cahanpur sağalan pasientlərin dəqiq sayını deyib: bu günə onların sayı 41 947 nəfərdir.

O, həmçinin qeyd edib ki, ölkədə 70 029 nəfərin yoluxması təsdiqlənib.

Səhiyyə Nazirliyi sözçüsünün sözlərinə görə, son sutkalarda ölkədə COVID-19-dan ağırlaşma səbəbindən 125 nəfər ölüb. Beləliklə, İranda koronavirusadn ölənlərin ümumi sayı 4 357 nəfərə çatıb.

O əlavə edib ki, hazırda 3987 pasientin vəziyyəti çox ağırdır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}