18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Britaniyada 19 həkim koronavirusdan vəfat edib
Tarix: 11-04-2020 15:22 | Bölmə: Dünya
Britaniyada 19 həkim koronavirusdan vəfat edib

Böyük Britaniyada koronavirusdan 19 tibbi işçisi ölüb.

Bunu krallığın səhiyyə naziri Mett Xenkok bildirib.

“Onların çoxu bu ölkənin Səhiyyə sistemində işləməyə gəlmişdi”, - deyə nazir vurğulayıb.

M.Xenkok qeyd edib ki, tibb işçilərinin ölüm faktları araşdırılacaq: “Onların ölümü müdafiə ləvazimatları və geyimlərinin çatışmazlığı ilə bağlı deyil”.

Qeyd edək ki, Böyük Britaniya Krallığı üzrə koronavirusdan 8 958 nəfər ölüb, 73 min 758 nəfər virusa yoluxub. Xəstəxanadakıların sayı isə 19 min 304 nəfərdir/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər