Türkiyədə son bir gündə 5138 nəfər koronavirusa yoluxub
Tarix: 11-04-2020 22:05 | Bölmə: Dünya
Türkiyədə son bir gündə 5138 nəfər koronavirusa yoluxub

Türkiyədə son bir gün ərzində koronavirusa daha 5138 nəfər yoluxub.

Reyting.az
xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Koca açıqlama verib.

Nazir bildirib ki, son 24 saatda 33 170 test edilib: "5138 yeni hal (koronavirusa yoluxma) qeydə alınıb. 95 xəstə öldü. İndi ölənlərin ümumi sayı 1 101, xəstələrin ümumi sayı 52167 nəfər oldu. Virusa yoluxmuş 2 965 nəfər isə sağalıb".




Bölməyə aid digər xəbərlər