Britaniyada koronavirusdan ölənlərin sayı 10 mini ötüb
Tarix: 12-04-2020 20:14 | Bölmə: Dünya
Britaniyada koronavirusdan ölənlərin sayı 10 mini ötüb

Son sutka ərzində Britaniyada daha 5 min 288 nəfər yeni tip koronavirusa (COVID-19) yoluxub.

APA-nın Böyük Britaniya bürosunun verdiyi xəbərə görə, bununla da ölkədə koronavirusa yoluxanların ümumi sayı 84 min 279 nəfərə çatıb.

Britaniyada koronavirusa (COVID-19) yoluxma nəticəsində ölənlərin sayı isə son sutka ərzində 737 nəfər artaraq 10 min 612 nəfərə çatıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər