Ekvadorda evlərdən 700-ə yaxın meyit tapılıb
Tarix: 13-04-2020 13:32 | Bölmə: Dünya
Ekvadorda evlərdən 700-ə yaxın meyit tapılıb

Cənubi Amerika ölkəsi Ekvadorda pandemiyanın ocağı Quayakildə səhiyyə sisteminin çökməsi və dəfn mərasimlərinin təşkili xidməti verilmədiyinə görə humanitar fəlakət yaşanır.

AFP xəbər verir ki, şəhərdəki evlərdən 700-dən çox meyit tapılıb.

Bildirilib ki, evlərdən toplanan meyitlərdən neçəsinin COVID-19 qurbanı olduğu məlum deyil.

Məlumata görə, 3 milyona yaxın əhalisi olan Quayakildə ölüləri zibil paketinə və ya karton tabutlara qoyub ailələrə təhvil verirlər. Bundan başqa, bəzi vətəndaşlar yiyəsiz meyitləri küçələrdəcə yandırır.

Qeyd edək ki, Ekvadorda koronavirusdan ölənlərin sayı 333 nəfərdir. Ölkədə indiyədək 7 466 nəfərdə koronavirus qeydə alınıb/Report.




Bölməyə aid digər xəbərlər