Baş nazir: “COVID-19-a görə yardım almaq istəyən əvvəlcə “Ferrari”sini satsın”
Tarix: 13-04-2020 23:06 | Bölmə: Dünya
Baş nazir: “COVID-19-a görə yardım almaq istəyən əvvəlcə “Ferrari”sini satsın”

Bolqarıstanın Baş naziri Boyko Borisov Covid-19-a görə büdcədən kömək istəyən böyük biznes sahibləri qarşısında şərt qoyub: "Əvvəlcə sizə məxsus 84 "Rolls-Royce", 241 "Bentley", 123 "Ferrari", 54 "Maybach", 22 "Lamborghini", 311 "Maseratti", 22 "McLaren" və 280 "Hammer" satılmalıdır. Yalnız bundan sonra yanıma gəlib kömək istəyin!"

Reyting.az
“Tvitter”-ə istinadla xəbər verir ki, Bolqarıstan COVID-19-dan əziyyət çəkən müəssisələrə dəstək olmaq və iş yerlərini qorumaq üçün 4.5 milyard lev (2.5 milyard dollar / 2.3 milyard avro) dəyərində maliyyə tədbirləri paketi təqdim edib.

Təxminən 1 milyard levs əməkhaqqının ödənməsinə xərclənəcək.

Əmək naziri Daniela Saçevanın sözlərinə görə, Bolqarıstanda koronavirus pandemiyası nəticəsində işsiz insanların sayı kəskin şəkildə artıb.

Baş nazir Borisov bildirib ki, hökumət BDB kapitalını 500 milyon lev artıracaq və bu, müəssisələrin 2,5 milyard lev məbləğində kredit almasına zəmanət olacaq.




Bölməyə aid digər xəbərlər