ABŞ-da koronavirusdan 22861 insan ölüb
Tarix: 14-04-2020 00:41 | Bölmə: Dünya
ABŞ-da koronavirusdan 22861 insan ölüb

ABŞ-da koronavirusdan ölənlərin sayı 22 861 nəfərə çatıb.

Bu barədə ölkədə federal və yerli məlumatların hesablamalarını aparan Cons Hopkins Universiteti bildirib.

Universitetin statistikasına görə, virusa yoluxanların sayı 560 891 nəfəri ötüb. Qeyd edək ki, Birləşmiş Ştatlar hər iki göstərici üzrə dünyada birinci yerdədir.

Bu halda ABŞ-da artıq üç gündür virusdan ölüm faizi azalır. Əgər aprelin 10-da ölkədə virusdan 2 000-dən çox insan ölmüşdüsə, aprelin 12-də bu rəqəm 1 550 nəfər təşkil edib.




Bölməyə aid digər xəbərlər